Əfqanıstanda daxili təyyarə reysləri bərpa olunur

Dünya

02.09.2021 - 15:42

Həkimlər Klinikalar SEO Xidməti

Beynəlxalq aviareysləri bərpa etmək üçün isə “taliblər”ə çoxlu vaxt lazım gələcək

 

Əfqanıstanda daxili təyyarə uçuşlarının bərpası sentyabrın 3-dən etibarən başlayacaq. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Mülki Aviasiya İdarəsindən bildirilib.

 

Qeyd edilib ki, beynəlxalq aviareysləri bərpa etmək üçün isə “taliblər”ə çoxlu vaxt lazım gələcək.

 

Qeyd edək ki, avqustun 31-nə keçən gecə xarici qoşunların Əfqanıstandan çıxarılması prosesi başa çatdıqdan sonra Kabil Beynılxalq Hava Limanı fəaliyyətini dayandırıb.

 

Aeroportla bağlı vəziyyəti şərh edən “Taliban” hərəkatının nümayəndəsi Zəbihulla Mücahid bildirib ki, onlar texniki vəsiyyəti qiymətləndirir, problemləri necə həll etmək barədə düşünürlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş