DTX nazirliyin filial müdirini saxlayıb? – <font color=red> RƏSMİ CAVAB</font>

Xəbərlər

04.09.2020 - 12:41

cedabet dərman SEO Xidməti

Fazil Talıblı: “Hazırda iş yerindədir, fəaliyyətini davam etdirir”

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon filialının müdiri Fərasim Əliyevin saxlanılması barədə xəbərlərə münasibət bildirib. AYNA-nın xəbərinə görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı qeyd edib ki, yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

 

“Sadəcə olaraq, filialın əməkdaşı Ədalət Mürsəlov DTX tərəfindən DSMF Biləsuvar rayon filialının fəaliyyət sahələrinə aid olmayan başqa bir məsələ ilə bağlı şahid qismində dəvət olunub. Hazırda da iş yerindədir, fəaliyyətini davam etdirir”,- deyə F.Talıblı əlavə edib.

 

Onun sözlərinə görə, bəzi media orqanlarının mətbuat prinsiplərinə zidd olaraq, aidiyyəti qurumla heç bir dəqiqləşdirmə aparılmadan, qeyri-peşəkarcasına belə yalan məlumatları tirajlaması təəssüf doğurur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş