DTX-dan daha bir əməliyyat: <font color=red> Nazir müavininin saxlanıldığı bildirilir</font>

Xəbərlər

08.05.2020 - 13:31

cedabet dərman SEO Xidməti

Cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Onu da bildirək ki, yerli mətbuat Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramovun saxlanıldığı haqqında xəbər yayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş