Son sutkada koronavirus əleyhinə 28 min 600 nəfərə vaksin vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 600 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 891, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4709 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 271 781, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 837 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 434 487 təşkil edir.