“COVID-19-a görə məsuliyyət” – ABŞ Çinə qarşı sanksiyaya hazırlaşır

Dünya

13.05.2020 - 10:06

“Virusun necə peyda olması mütləq öyrənilməlidir”

 

ABŞ Senatına “COVID-19-a görə məsuliyyət haqqında” qanun layihəsi daxil olub. Layihə koronavirusa görə Çinə sanksiya tətbiqini nəzərdə tutur. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə senator Lindsi Qrem bildirib.

 

Senator qeyd edib ki, ABŞ Prezidentinə koronavirus pandemiyasına səbəb olan hadisələr barədə dəqiq məlumatlar çatdırılmalıdır. Əks halda Donald Trampa Çinə qarşı sanksiya tətbiq etmək səlahiyyətinin verilməsi nəzərdə tutulur.

 

Senatorun sözlərinə görə, Çin dünya ictimaiyyətinə Uhandakı laboratoriyaya araşdırma aparılması üçün daxil olmağa icazə verməyəcək. O, əmindir ki, Çin buna məcbur edilməsə, heç vaxt əməkdaşlıq etməyəcək.

 

Qrem hesab edir ki, virusun necə peyda olması mütləq öyrənilməlidir: “Çünki bu, gələcəkdə oxşar halların və pandemiyaların qarşısını almağa imkan verəcək”.

Müəllif: Ayna.az