Film "Ən yaxşı rejissor" və "Ən yaxşı ssenari" nominasiyasında qalib olub
"Çölçü" filmi növbəti mükafatını qazanıb. AYNA xəbər verir ki, bu barədə filmin ssenaristi və aktyoru Vidadi Həsənov məlumat verib.
Məlumata görə, film "Old Monk International Film Festival 2020" də "Ən yaxşı rejissor" və "Ən yaxşı ssenari" nominasiyasında qalib olub.
Qeyd edək ki, "Çölçü" film rejissor Şamil Əliyevin 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb. Film dəfələlərlə beynəlxalq festivallarda müxtəlif nominasiyalar üzrə qalib olub.