Prezident 110 illiklə bağlı sərəncam imzalayıb

Mədəniyyət

19.07.2019 - 17:07

Dövlət başçısı Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb

 

Prezident İlham Əliyev akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“2019-cu ilin sentyabr ayında görkəmli dilçi alim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyevin anadan olmasının 110 illiyi tamam olur.

 

Akademik Məmmədağa Şirəliyev mühüm elmi əhəmiyyətə malik sanballı tədqiqatları ilə Azərbaycan dilçiliyini zənginləşdirmiş, onun bir çox istiqamətlərinin müəyyənləşməsi və formalaşmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Alimin dilçiliyin aktual problemlərinin öyrənilməsində, xüsusən Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında müstəsna rolu vardır. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır.

Ayna.az