Çindən ABŞ-ı qıcıqlandıran qərar

Dünya

23.04.2020 - 15:55

cedabet dərman SEO Xidməti

Çin ÜST-ə yardımlara əlavə 30 milyon dollar da əlavə edəcək

 

ABŞ və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasındakı “Gec müdaxilə edildi və Çinə dəstək verilir” gərginliyi fonunda Pekin hökuməti tərəfindən mühim qərar verilib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Pekin ÜST-ə 30 milyon dollar yardım ediləcəyini açıqlayıb.

 

Çin Xarici İşlər Nazirliyinin sözcüsü Hua Çunqyinq bu barədə açıqlama verib: “Çin yardımlara əlavə 30 milyon dollar da əlavə edəcək”.

 

“Çin martın 11-də Ümumdünya Səhiyyə Təşkilatına 20 milyon dollar yardım bağışlayıb. Bununla yanaşı, COVİD-19-la qlobal mübarizə aparan ölkələrin səhiyyə sistemlərini gücləndirmək üçün daha 30 milyon dollar bağışlamaq qərarına gəlmişik”, - deyə çinli nazir əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş