Yanğın restoranlardan birində baş verib
Çinin şimal-şərqində baş verən yanğın nəticəsində 22 nəfər həlak olub, daha 3 nəfər xəsarət alıb.
AYNA.AZ-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər verib.
Yanğın Lyaoyan şəhər dairəsinin Bayta rayonundakı restoranlardan birində baş verib.
ÇXR sədri Si Cinpin zərərçəkənlərə yardım göstərilməsi üçün bütün səylərin göstərilməsini tapşırıb.