Çində koronavirusla bağlı son vəziyyət

Dünya

02.12.2020 - 09:47

Ölkədə 268 aktiv koronavirus xəstəsi var

 

Çində son sutka ərzində daha 9 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 551-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 649 xəstə sağalıb.

 

Ölkədə 268 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8-nin vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az