"Təhlükəsizlik Şurası beynəlxalq sülh üçün əsas məsuliyyət daşıyır və böhran qarşısında fəaliyyətsiz qala bilməz"
Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq İran ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Təhlükəsizlik Şurasından təcili tədbirlər görməsini tələb edib. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, o bunu ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib.
"Təhlükəsizlik Şurası beynəlxalq sülh üçün əsas məsuliyyət daşıyır və böhran qarşısında fəaliyyətsiz qala bilməz", - deyə diplomat vurğulayıb və təşkilatı təcili cavab verməyə çağırıb.