Ceyhun Bayramov: “Ermənistanın silahlanması region üçün təhlükədir”

Xəbərlər

25.04.2025 - 16:02

Həkimlər Klinikalar SEO Xidməti

“Son iki gün ərzində baş verən hadisələr bunu bir daha sübut edir”

“Ermənistanın sürətlə silahlanması, təəssüf ki, hələ də region üçün təhlükə mənbəyi olaraq qalır. Son iki gün ərzində baş verən hadisələr bunu bir daha sübut edir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Ermənistanın paytaxtında keçirilən növbəti kütləvi yürüş zamanı Azərbaycana və Türkiyəyə qarşı nifrət dolu çağırışlar səsləndirilib və tamamilə qəbuledilməz hərəkətlərə yol verilib.

Azərbaycan və Türkiyə bayraqlarının yandırılması faktının ciddi narahatlıq doğurduğunu vurğulayan nazir qeyd edib ki, eyni məzmunlu hadisə dünən Fransanın paytaxtı Parisdə də baş verib.

“Bizim gözləntimiz ondan ibarətdir ki, həmin ölkələrin hakimiyyət orqanları və aidiyyəti strukturları bu kimi təxribat xarakterli hərəkətləri cinayət əməlləri kimi qiymətləndirərək onların qarşısının alınması üçün ciddi tədbirlər görsünlər”, - deyə Bayramov əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş