Ceyhun Bayramov ABŞ-a işgüzar səfər edib

Xəbərlər

20.09.2026 - 16:57

Nazir BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. AYNA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 81-ci sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş