“Türkiyə qarşıdakı dövrdə də Rusiya ilə bu strateji yanaşmaya sadiq qalmağa davam edəcək”
“Türkiyə ilə Rusiya arasındakı münasibətlər ortaq maraqlara və qarşılıqlı hörmətə söykənir. Hər iki dövlət arasında münasibətlərin müsbət dinamikada inkişafı davam edir. Rusiya ilə münasibətlərimiz xarici siyasətimizin vacib tərəfidir. Türkiyə ilə Rusiya Federasiyası arasındakı münasibətlər ortaq maraqlara və qarşılıqlı hörmətə söykənir. Rusiya ilə razılığa gələ bilməyəcəyimiz məsələlərin olmasına baxmayaraq, canlı dialoq aparmağa və ortaq məxrəcə gəlməyə çalışırıq”.
AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Qardaş ölkənin XİN rəhbəri bildirib ki, Türkiyə ilə Rusiyanın dialoqu Dağlıq Qarabağ məsələsində olduğu kimi, nəzərəçarpacaq nəticələr verməkdədir.
“Türkiyə qarşıdakı dövrdə də Rusiya ilə bu strateji yanaşmaya sadiq qalmağa davam edəcək”, - deyə Çavuşoğlu vurğulayıb.