Çavuşoğlu: “Qalan torpaqlar cədvəl əsasında Azərbaycana qaytarılacaq”

Aktual

11.11.2020 - 14:43

“Bundan sonrakı dönəmdə də biz qardaş Azərbaycanın yanında olacağıq”

 

Qalan torpaqlar təqdim edilmiş cədvəl əsasında Azərbaycana geri qaytarılacaq. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

Nazir deyib ki, ondan sonrakı dönəmdə həmin torpaqların canlanması olacaq: “Bundan sonrakı dönəmdə də biz qardaş Azərbaycanın yanında olacağıq”.

 

“Azərbaycanla, qəhrəman Azərbaycan Ordusu ilə də fəxr edirik, qürur duyuruq. Türkün gücünü bütün dünyaya göstərdilər. Türkün güvəni bütün dünyada özünə qayıtdı. Buna görə də qürur duyuruq, fəxr edirik”, - deyə Çavuşoğlu vurğulayıb.

Müəllif: Ayna.az