Çavuşoğlu Bakıdadır: “Qardaşlarımıza dəstək vermək üçün gəldik”

Siyasət

06.10.2020 - 12:50

“Dövlətimizin və millətimizin dəstəyini və həmrəyliyini nümayiş etdirmək üçün Bakıdayıq”

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib. AYNA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Çavuşoğlunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.

 

Türkiyənin XİN başçısı Azərbaycana dəstək vermək üçün Bakıya səfər etdiyini bildirib.

 

“Can Azərbaycandakı qardaşlarımıza dövlətimizin və millətimizin dəstəyini və həmrəyliyini nümayiş etdirmək üçün Bakıdayıq”, - deyə Çavuşoğlu vurğulayıb.

Müəllif: Ayna.az