2024-cü il dekabrın 1-nə uçota alınmış sığortaolunanların sayı 5,15 milyon nəfər təşkil edib
Bu ilin yanvar-noyabr aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 166 min nəfər və ya 3,33 faiz artıb.
AYNA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Qeyd olunub ki, 2024-cü il dekabrın 1-nə uçota alınmış sığortaolunanların sayı 5,15 milyon nəfər təşkil edib.