Bu il 399 nəfər Azərbaycana readmissiya edilib

Xəbərlər

29.07.2026 - 14:15

306 nəfər Avropa İttifaqına üzv dövlətlərdən qaytarılan Azərbaycan vətəndaşları olub

Bu il ərzində 399 nəfərin readmissiyası həyata keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində jurnalistlərə deyib.

Bildirib ki, geri qəbul olunan şəxslərin 306 nəfəri əsasən Avropa İttifaqına üzv dövlətlərdən qaytarılan Azərbaycan vətəndaşları olub.

Bundan əlavə, yaxın vaxtlarda növbəti readmissiya tədbirinin çarter reysi vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu barədə yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.

“Ümumilikdə isə bu proses davamlı xarakter daşıyır və mütəmadi olaraq həyata keçirilir”, - deyə Hüseynov qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş