Qazın verilişi gün ərzində aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq
Bu gün Yevlax şəhərinin bir hissəsində qazın verilişində fasilə olacaq. AYNA xəbər verir ki, bu barədə “Azəriqaz”dan bildirilib.
Qeyd olunub ki, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar saat 09:30-dan Yevlax şəhərinin bir sıra küçələrinə təbii qaz verilişi dayandırılacaq.
Qazın verilişi gün ərzində aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.