Antonio Anastasiya terror hadisələrinin baş verdiyi ərazilərdə olub
Braziliyalı millət vəkili, Milli Konqresin Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Gəncə şəhərində səfərdədir.
AYNA xəbər verir ki, deputat Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkib.
Qonaq erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüb. Ona hadisə barədə məlumat verilib.