Borclu şəxs qismində axtarılan iki nəfər saxlanılıb

Xəbərlər

01.02.2021 - 13:48

Ötən gün törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb

 

Daxili İşlər Nazirliyi (DİN) yanvarın 31-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə yeddi nəfər, o cümlədən borclu şəxs qismində axtarılan iki nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

 

 

 

Müəllif: Ayna.az