Bitkoinin qiyməti 17 min dolları keçib

Dünya

17.11.2020 - 19:41

Kriptovalyutanın dəyəri son sutka ərzində 2,1 faiz bahalaşıb

 

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 17 min dollar həddini keçib.

 

Trend-in məlumatına görə, kriptovalyutanın dəyəri son sutka ərzində 2,1 faiz bahalaşaraq 17 081 dollar təşkil edib.

 

Sonuncu dəfə bitkoin 2018-ci ilin yanvarında 17 min dollardan baha qiymətə alınıb-satılırdı.

Müəllif: Ayna.az