Gədəbəyin dağlıq ərazilərinə xırda dənəli dolu düşüb
Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya bildirilib ki, sentyabrın 14-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib.
Lakin Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2.0 mm olub.
Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan xırda dənəli dolu düşüb.