Beynəlxalq təşkilatlar ermənilərin atəşkəsi pozması ilə bağlı məlumatlandırılacaq

Siyasət

26.05.2021 - 22:33

Həkimlər Klinikalar SEO Xidməti

Ombudsman Aparatı: "Biz vəziyyəti diqqətdə saxlayırıq"

 

“Mayın 24-dən 26-dək Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistanın Geharkunik bölgəsindən Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər və Gədəbəy rayonlarındakı mövqeləri atəşə tutulub”.

 

AYNA xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı məlumatda deyilir.

 

Bildirilib ki, eyni zamanda, Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhəri istiqamətində də avtomat silahlardan havaya atəş açıblar:

 

“Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəsi pozmaqla yeni münaqişə ocaqları yaratmaq və bölgədəki insan hüquqlarını təhdid edən hər cür cəhdini qınayırıq.

 

Biz vəziyyəti diqqətdə saxlayırıq və əldə etdiyimiz məlumatlara əsaslanan hesabatlar vasitəsilə beynəlxalq təşkilatları məlumatlandıracağıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş