Baş Prokurorluq əhaliyə sudan istifadə barədə müraciət edib

Xəbərlər

20.04.2021 - 17:22

Sudan qanunsuz istifadə aşkarlanıb, doqquz sahibkarın işi məhkəməyə göndərilib

 

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin, rayon prokurorluqlarının və “Azərsu” ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsində yerləşən 11 qeyri-yaşayış obyektinə baxış keçirilən zaman 9 qeyri-yaşayış obyektinin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmasının aşkar edilməsi faktları ilə bağlı inzibati xəta haqqında işlər üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilib. Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, Baş Prokurorluq əhaliyə müraciət edərək qlobal istiləşmənin bir çox ölkələrdə yaratdığı susuzluq probleminin ölkəmizdə də baş verməsinin qarşısını almaq məqsədilə sudan qənaətlə istifadə etməyə, bunun üçün sudan sərfəli istifadə üçün nəzərdə tutulmuş müasir texnologiyaya əsaslanan avadanlıqlardan istifadə etməyə çağırır.

Müəllif: Ayna.az