Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib
Bakıda yanğın hadisəsi qeydə alınıb. AYNA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 30 m2 olan mənzilin hamam otağında 1 ədəd su qızdırıcısı yanıb, yüksək temperaturdan plastikdən ibarət vanna əriyib.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.