Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək

Mədəniyyət

11.03.2025 - 13:09

Həkimlər Klinikalar SEO Xidməti

“Made in Azerbaijan” brendi altında nadir xalçaların sərgisi olacaq

Bu ilin may ayında Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycan-İspaniya biznes forumunda deyib.

Bildirib ki, “Azərxalça” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil olunan tədbirdə xalçaçılıq üzrə beynəlxalq forum, ustad dərsləri, canlı nümayişlər və “Made in Azerbaijan” brendi altında nadir xalçaların sərgisi olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş