Xalq artisti Yalçın Rzazadə vəfat edib

Mədəniyyət

22.02.2021 - 21:39

Müğənni uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş

 

Azərbaycanın Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə "Report"a müğənninin oğlu Mətin Rzazadə məlumat verib.

 

O bildirib ki, atası bu gün uzun sürən xəstəlikdən vəfat edib.

 

Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib. 1968-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1973-cü ildə həmin təhsil ocağını bitirib.

 

Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olub və rejissor assistenti kimi əmək faəliyyətinə başlayıb. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunub.

 

Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.

 

İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazıblar. Oxuduğu orkestrlərdən - Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı ona müşayiət ediblər.

 

Yalçın Rzazadə 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə