Ölkəmizdə koronavirusa qarşı vaksinasiya davam edir
Martın 25-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 19,427 nəfər vaksinasiya olunub.
Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 510,420 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.