Ukrayna ilə sərhəddə saxlanılan Azərbaycan vətəndaşının ekstradisiyasına hazırlıq gedir
Moldova Rusiyanın sorğusu əsasında İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə məlumatı “Sputnik Moldova” yayıb.
Bildirilib ki, saxlanılan Azərbaycan vətəndaşı Leninqrad vilayətinin Şlisselburq şəhərində atışma və silah alverində iştirak etməkdə ittiham olunur.
Ukrayna ilə sərhəddə saxlanılan Azərbaycan vətəndaşı hazırda təcridxanada saxlanılır və onun ekstradisiyasına hazırlıq gedir.