Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Xəbərlər

30.09.2026 - 16:27

Qanun layihəsi Milli Məclisdə bir oxunuşda qəbul edilib

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir.

AYNA.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çxıarılan “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” ı qanun layihəsində əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş