“Azərbaycan tarixi xəritələrdə” atlasının onlayn versiyası təqdim edilib

Xəbərlər

05.06.2025 - 21:58

cedabet dərman SEO Xidməti

“Azərbaycan tarixi xəritələrdə” atlasının onlayn versiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının saytında yerləşdirilib.

AYNA.AZ xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan atlasın redaksiya heyətinə AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov (elmi redaktor və naşir), Vüqar Ağayev (layihə rəhbəri), tarix elmləri doktoru Tofiq Nəcəfli, tarix elmləri doktoru Güntəkin Nəcəfli, texnika üzrə fəlsəfə doktoru Eldar Əliyev, riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva və tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev daxildir.

“Azərbaycan tarixi xəritələrdə” atlası Azərbaycan tarixinə dair ilk mükəmməl və geniş həcmli atlasdır. Atlasa 198 xəritə, o cümlədən böyük türk alimi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindəki dünya xəritəsi (1076), italyan kartoqraf Fra Mauronun “Mappa mundi” adlı dünya xəritəsi (1459), Qafqaz Hərbi Dairəsinin xəritəsi (1903) və Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi (1919) daxil edilib. Bu xəritələr sübut edir ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş