Azərbaycan neftinin qiyməti bahalaşıb

İqtisadiyyat

06.01.2021 - 10:51

“Azeri Light”ın bir barrelinin qiyməti 2,02 dollar artaraq 52,94 dollar təşkil edib

 

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar artaraq 53,88 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar bahalaşaraq 50,03 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də bahalaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,02 dollar artaraq 52,94 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az