Azərbaycan neftinin qiyməti bahalaşdı

İqtisadiyyat

19.11.2020 - 11:38

“Azeri Light”ın qiyməti 45 dollara yaxınlaşır

 

Dünya birjalarında neft qiymətləri ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar geriləyərək 44,08 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,38 dollar ucuzlaşaraq 41,44 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,36 dollar artaraq 44,85 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az