Dünya birjalarında neft qiymətləri bahalaşıb
Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 74,99 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 73,36 dollar olub.
Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,49 dollar bahalaşaraq 76,05 dollar təşkil edib.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.