Dünya birjalarında neft qiymətləri ucuzlaşıb
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,11 dollar azalaraq 83,31 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,13 dollar ucuzlaşaraq 80,51 dollar olub.
Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,74 dollar azalaraq 85,15 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 11-də (85,89) qeydə alınıb. Dünyada yaşanan enerji böhranı neft qiymətlərinin artmasında əsas səbəb kimi göstərilib. Həmçinin “OPEC+” alyansının neft hasilatını sürətləndirməmək haqqında qərarı da qiymət artımında rol oynayıb.