Azərbaycan dili fənni üzrə 107 şagird imtahan verəcək

Xəbərlər

07.09.2021 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

Eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirəcək

 

Sentyabrın 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində əlavə imtahanlar təşkil ediləcək.

DİM-dən AYNA-ya verilən məlumata görə, həmin gün 107 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.

Xatırladaq ki, DİM 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən IX və XI sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirəcək.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş