Azər Rəşidoğlunun müalicəsinə başlanılıb

Xəbərlər

25.03.2025 - 15:36

Həkimlər Klinikalar SEO Xidməti

Tanınmış jurnalist “Hisar Intercontinental” xəstəxanasında müalicə olunur

Türkiyədə xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış azərbaycanlı jurnalist Azər Rəşidoğlunun müalicəsinə başlanılıb. O, İstanbuldakı “Hisar Intercontinental” xəstəxanasında müalicə olunur.

AYNA.AZ bildirir ki, A.Rəşidoğlunun özünün “Teleqraf.com”a verdiyi məlumata görə, müalicə kursu ötən gün başlayıb.

“Xəstəxanada məni çox yüksək səviyyədə qəbul etdilər. Heydər Əliyev Fondunun nümayəndəsi mənim müalicəmi daim diqqət mərkəzində saxlayır. Hər saniyə Azərbaycanın diqqətini hiss edirəm. Onlar ən kiçik problemi belə həll edirlər", deyə bildirib.

Rəşidoğlu qeyd edib ki, onun müalicəsi yeni başladığı üçün həkimlər hələlik konkret heç nə deyə bilmirlər: “Məndən bəzi testlər aldılar və biz nəticələri gözləyirik. Allahın köməyi ilə hər şey yaxşı olacaq. Əminəm ki, etibarlı əllərdəyəm. Burada çox ixtisaslı həkimlər var. Bütün tövsiyələrinə əməl edirəm və inşallah yaxşı nəticə olar”.

Qeyd edək ki, A.Rəşidoğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş