AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib

Xəbərlər

13.06.2025 - 09:34

cedabet dərman SEO Xidməti

Bakı – Təl-Əviv, Bakı – Dubay və Bakı – Tehran reysləri ləğv edilib

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reyslər ləğv edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Ləğv edilən reyslər:

  • Bakı – Təl-Əviv – Bakı

J2 021/022 (13 iyun)

J2 321/322 (13 iyun)

J2 021/022 (14 iyun)

  • Bakı – Dubay – Bakı

J2 011/012 (13 iyun)

  • Bakı – Tehran – Bakı

J2 8017/8018 (13 iyun)

“Uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş