“Avropa Zelenski vasitəsilə sülh prosesini sabotaj edəcək”

Dünya

18.05.2025 - 14:47

Həkimlər Klinikalar SEO Xidməti

Koşkoviç:“Avropanın danışıqlardan kənarlaşdırıldığı səbəbindən sülh prosesinə müdaxilə etmək üçün başqa yol yoxdur”

“Avropa ölkələrinin liderləri Ukrayna Prezidenti Volodimir Zelenskinin vasitəsilə Ukrayna münaqişəsinin sülh yolu ilə həllini sabotaj etməyə çalışacaqlar”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri macarıstanlı analitik Zoltan Koskoviç “X” sosial şəbəkə hesabında yazıb.

Politoloq qeyd edib ki, “Avropanın danışıqlardan kənarlaşdırıldığı səbəbindən sülh prosesinə müdaxilə etmək üçün başqa yol yoxdur”.

Ekspert qeyd edib ki, bu, münaqişənin davam etdirilməsinin tərəfdarı olan Almaniya, Fransa, Britaniya və Polşanın mövqeyinə görə baş verib. Lakin onun sözlərinə görə, Avropa ölkələri danışıqlarda iştirak etməsələr də, nəticəyə təsir göstərməyə çalışacaqlar.

Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar olub. Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Moskva görüşün nəticəsindən məmnundur və bu danışıqlar formatının davam etdiriləcəyini gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş