“Avropa Komissiyası Ukrayna fermerləri üçün 250 milyon dollar ayırmaq tələbini rədd edib”
Avropa Komissiyası (AK) Ukrayna fermerlərinə 250 milyon dollarlıq yardım tələbini rədd edib. AYNA.AZ “RİA Novosti” agentliyinə istinadən bildirir ki, bu barədə Ukraynanın aqrar siyasət naziri Taras Vısotski bildirib.
Kiyev Avropa İttifaqından (Aİ) fermerlərə maliyyə dəstəyi göstərməsini istəsə də, vəsait ayırmaqdan imtina edib.
Vısotski bildirib ki, "Avropa Komissiyasının icra orqanı fermerlər üçün 250 milyon dollarlıq maliyyələşdirmə və likvidlik dəstəyi mexanizmi tələbini rədd edib".
Nazir əlavə edib ki, Ukrayna iqtisadiyyatı böhran içindədir və ixrac həcmi lazım olduğundan aşağıdır. Hakimiyyət orqanları bu kritik vəziyyəti həll etməlidir.