Aparıcı AzTV-dəki işindən ayrılıb: “Ağ & Qara” bağlandı

Xəbərlər

16.11.2020 - 17:38

Kamran Ağabalayevin aparıcısı olduğu veriliş bağlanıb

 

Aktyor və aparıcı Kamran Ağabalayev Azərbaycan Televiziyası (AzTV) ilə yollarını ayırıb. AYNA-nın xəbərinə görə, K.Ağabalayev öz istəyi ilə televiziyadan çıxıb.

 

Buna görə də, aktyorun aparıcısı olduğu “Ağ & Qara” verilişi bağlanıb.

 

Xəbəri AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya təsdiqləyiblər. Bildirilib ki, K.Ağabalayev işdən ayrıldığı üçün televiziya ilə onun arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Müəllif: Ayna.az