Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb

Xəbərlər

05.06.2026 - 19:47

Akademikin fevral ayında yazdığı ərizə bu gün təsdiqlənib

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb.

AYNA.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, akademikin fevral ayında yazdığı ərizə bu gün təsdiqlənib.

Eyni zamanda, bu gün direktor müavini təyin olunan Elçin Vəliyev Geologiya İnstitutunun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş