Aİ vaksinasiya üçün Azərbaycana maliyyə dəstəyini artırır

Xəbərlər

11.08.2021 - 01:54

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir 

 

Avropa İttifaqı (Aİ) COVID-19-a qarşı vaksinin alınması məqsədilə "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrə maliyyə vəsaitini artırıb.

 

AYNA  xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistana ayrılan məbləğ əlavə 35 milyon avro artırılaraq 75 milyon avroya çatdırılıb.

 

Qeyd edək ki, Aİ bu məqsədlə cari ilin fevralında "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrə 40 milyon avro ayırmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş