Dünyada koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir
Afrikada koronavirusa yoluxanların sayı 8,34 milyona çatır.
AYNA məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.
Məlumata əsasən, sentyabrın 5-i üçün Afrikada koronavirusa 8 339 857 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 212 322 nəfəri vəfat edib, 7 681 075 nəfəri isə sağalıb.
Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə və Efiopiyada qeydə alınıb.