ABŞ və İran atəşkəsin 60 gün uzadılması barədə razılığa gəlməyə yaxındır

Dünya

24.05.2026 - 10:57

“Tərəflər Tehranın nüvə proqramını müzakirə etmək üçün bir çərçivə hazırlayırlar"

ABŞ və İran atəşkəsin 60 gün uzadılması barədə razılığa gəlməyə yaxındırlar. AYNA.AZ xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti  danışıqlarla tanış mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, “tərəflər Tehranın nüvə proqramını müzakirə etmək üçün bir çərçivə hazırlayırlar".

Razılaşma Hörmüz boğazının mərhələli şəkildə açılmasını və İranın zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsini və ya başqa yerə köçürülməsini əhatə edə bilər. Bunun müqabilində Vaşinqton İran limanlarının blokadasını yumşalda, sanksiyaları yumşalda və Tehranın xaricdəki aktivlərinin dondurulmasını tədricən ləğv edə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş