ABŞ-da qızmar havadan 25 nəfəri ölüb

Dünya

05.07.2026 - 23:51

ABŞ-də müşahidə olunan anomal isti hava şəraiti azı 25 nəfərin həyatına son qoyub. AYNA.AZ xəbər verir ki, bu barədə “NBC News” ştat rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ölüm hallarının böyük əksəriyyəti Nyu-Cersi ştatında qeydə alınıb. Burada istilərin təsiri nəticəsində 22 nəfər ölüb.

Ştatın Səhiyyə Departamentinin nümayəndəsi Daliya Evaisin sözlərinə görə, həyatını itirənlər əsasən 30-80 yaş aralığında olan şəxslərdir. Ölüm faktları 10 dairədə, daha çox isə ştatın mərkəzi və şimal bölgələrində qeydə alınıb.

Telekanalın məlumatına əsasən, İllinoys ştatında bir, Missisipidə isə iki nəfər isti hava səbəbindən ölüb. Həlak olanların bir qismi kondisioneri olmayan evlərdə, digərləri isə küçədə və ya park edilmiş avtomobillərdə aşkarlanıb.

Qeyd edək ki, iyulun 4-də müşahidə olunan ekstremal istilər Vaşinqtonda ABŞ-nin Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərə də təsir göstərib. Milli xiyabanda təşkil olunan bayram mərasimində bəzi iştirakçılara tibbi yardım göstərilməsi zərurəti yaranıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş