ABŞ-da koronavirusdan ölənlərin sayı 2 milyona yaxınlaşır

Dünya

31.05.2020 - 18:20

Son sutkada 24 mindən çox yoluxma qeydə alınıb


ABŞ-da son sutkada 24 mindən çox koronavirusa yoluxma qeydə alınıb. 967 nəfər isə vəfat edib. AYNA xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb. Məlumatda bildirilir ki, son 24 saat ərzində Birləşmiş Ştatlarda 24 min 146 nəfər yoluxub.

 

Bununla da ABŞ-da koronavirusa yoluxanların sayı ümumilikdə 1 milyon 817 min 409 nəfərə çatıb. Ölüm sayı isə 105 min 575 nəfərdir. Müalicə alan xəstələrdən 17 min 163-nün vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az