Koronavirusun sürətlə yayıldığı ölkələrdən biri də ABŞ-dır
ABŞ-ın Nyu-York ştatında 2 koronavirus xəstəsinin QİÇS dərmanı qəbul etdikdən sonra sağaldığı bildirilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, xəstələrin venliyator və renimasiya şöbəsindən çıxarıldığı açıqlanıb.
Həkimlər qeyd edib ki, bu dərman vasitəsi ilə xəstələrin necə sağaldığı barədə dəqiq bir məlumat yoxdur.
Lakin dərmanın sətəlcəm, ağciyər iltihabı və ölümə səbəb olan prosesi dayandırması reallaşıb.