Abituriyentlər üçün “Dərs vaxtı” başlayır

Xəbərlər

15.06.2021 - 12:39

Bunlar imtahana daha yaxşı hazırlaşmağa imkan verəcək

 

İyunun 16-dan etibarən Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” telekanalında abituriyentlər üçün “Dərs vaxtı” başlayır. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, “Dərs vaxtı”nda ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı təqdim olunacaq.

 

Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmağına imkan verəcək.

Müəllif: Ayna.az